Aqsia haqqında

Tarixi

AQSİA Azərbaycan Respublikası İqtisadiyyat NazirliyiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə 2017-ci il oktyabrın 26-da təsis olunub. 2017-ci il dekabrın 22-də isə dövlət qeydiyyatına alınıb. Ölkə rəhbərliyinin tövsiyyəsi ilə təsis olunan qurumun əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək olmaqdır.[1]

İdarə heyətinin sədri "Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi Səkinə Babayevadır.

Məqsəd və vəzifələri

Qeyri-hökumət təşkilatı statusunda fəaliyyət göstərən Assosiasiyanın məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınlar arasında sahibkarlıq ideyasının geniş şəkildə təşviq olunmasıdır. Bu məqsədlə Assosiasiya ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərində qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasına, potensialının gücləndirilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verən sahələrdə davamlı inkişaf proyeksiyaları üzrə fəaliyyətlərin dəstəklənməsinə, sahibkar qadınların maraqlarının qorunmasına, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında onlara biznes xidmətlərinin göstərilməsinə, səmərəli əməkdaşlıq və kollektiv tərəfdaşlıq imkanlarının təmin olunmasına dəstək göstərir.

Bunun üçün Assosiasiya yerli və beynəlxalq tədbirlər, o cümlədən forum və konfranslar, təlim və seminarlar təşkil edir, qadın sahibkarlığının inkişaf etdirilməsinin konseptual əsaslarının işlənib hazırlanması üçün elmi araşdırma və sosioloji sorğular, qiymətləndirmə və monitorinqlər aparır, məlumatlandırma aksiyaları və maarifləndirmə kampaniyaları keçirir.[2]

Milli və beynəlxalq tərəfdaşları

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi ictimai birliyi respublika daxilində və xaricində bir çox dövlət və özəl qurumlarla tərəfdaşlıq edir.[3]

Respublika daxilində əsas tərəfdaşlar:

  • KOBİA

  • ASK

  • İqtisadiyyat Nazirliyi

  • Ailə Qadın və Uşaq Problemləri üzrə Dövltə Komitəsi

Digər Qurumlar:

Respublika xaricində əsas tərəfdaşlar:

  • ANKİGAD

  • KAGİDER

  • OPORA Rasiya

  • İnternational Women Public Fund

Özəl Şirkətlər: